Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
11:28
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. 

Görüş Dolmabaxça sarayında keçirilib.

Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırki durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının  zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 00:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com