Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
11:12
998
Ölkədə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda 419,9 min nəfərə aylıq sosial müavinət ödəyir. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktxeber.com-a verilən məlumata görə, “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət verilir. 

Həmçinin, qanunvericiliyə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların hər bir uşağı, müharibə veteranları bu sosial təminat növü ilə təmin edilirlər. Müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlara və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə də hər ay sosial müavinət verilir.

Bundan başqa, uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər isə birdəfəlik müavinətlə təmin olunurlar. Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

2018-ci ilin 9 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin olunanların sayı 69,8 min nəfər olub.

Məqalədə : sosial müavinət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
324

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
190

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
214

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
238

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
290

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
225
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 08:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru