Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
10:28
2287
Bu kəsmiklər sağlamlıq üçün təhlükəlidir

Rusiyanın İstehlakçılar İttifaqının Ekspert Şurası "Roskontrol" satışda olan kəsmiklərin tərkibini laborator təhlil edib. Trend-in məlumatına görə, laborator analizlərə "Ostankinskoye", "Milava", "Domik v derevne", "Prostokvaşina", "Dmitrovskiq moloçnıy zavod" kəsmikləri cəlb edilib.

Mütəxəssislər kəsmikləri 50 parametrinə görə təhlil ediblər.

Məlumata görə, nümunələrin heç birində mütəxəssislər sağlamlıq üçün ziyanlı maddə aşkar etməyiblər. Lakin yalniz "Ostankinskoye" kəsmiyindən başqa, bütün kəsmiklərdə nişasta olduğu müəyyən edilib. Hərçənd bəzi ərzaq məhsullarında nişasta əlavəsinin olması normal olduğu halda, təsdiq olunmuş standarta görə, kəsmiklərdə nişasta olmağına icazə verilmir. Nişasta kəsmiyin qatı və möhkəm qalması üçün əlavə edilir.

Nişasta məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidratdır. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir. Meyvələrdə nişastanın miqdarı daha azdır. Meyvələrin yetişmə dərəcəsi də nişastanın faizlə miqdarının dəyişməsinə səbəb olur. Yetişmiş meyvələrdə nişastanın miqdarı nəzərə alınmayacaq dərəcədə az olur.(trend)

Məqalədə : kəsmik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
952

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
47

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
243
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 09:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru