Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
16:16
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin müavini Azərbaycana gəlib

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. 

O, səfər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ilə görüşüb.

M.Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bunun yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, dinə dövlət qayğısı, dinlərarası harmoniya barədə məlumat verən Dövlət Komitəsinin sədri bildirib ki, dini və etnik müxtəliflik ölkənin ən böyük zənginliyidir. O, Azərbaycanda rəsmi olaraq 31-i qeyri-islam təmayüllü olmaqla 861 dini qurumun qeydiyyatdan keçdiyini, formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi üçün görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini bildirib. 

Azərbaycanın milli-mənəvi dəyərlərin qorunması, tolerant və multikultural dəyərlərin təşviqi baxımından nümunəvi modelə malik olduğunu deyən Dövlət Komitəsinin sədri ölkədə mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımları ayrıldığını deyib. 

Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edən Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard ölkəmizdəki tolerantlıq mühiti barədə ilk təəssüratının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Brüsselə səfəri zamanı yarandığını bildirib. 

Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinə, vəhdət namazlarına heyranlığını dilə gətirən qonaq Azərbaycan dövlətinin tarixən gələn tolerant dəyərlərin qorunması, təşviqi istiqamətində həyata keçirdiyi siyasəti təqdir etdiyini qeyd edib. 

Əməkdaşlığın önəminə toxunan J.Belliard bu ilin dekabr ayında Bakıda keçirilməsi planlaşdırılan “Dinlərarası tolerantlıq və radikalizmlə mübarizə” adlı konfransın Azərbaycanın bu sahədə əldə etdiyi təcrübənin bölüşməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avropa İttifaqı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 14:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com