Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
14:48
Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsi yad edildi - FOTO

28 oktyabr tarixində paytaxtın "Tural" mərasim evində Kərbəla və Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Qarabağ və 20 yanvar şəhid ailələrinin və qazilərin, onları təmsil edən QHT nümayəndələrinin qatıldığı mərasimin təşkilatçısı Məşədi Dadaş məscidinin dini icmasıdır. Bu barədə FaktXəbər-ə icmadan məlumat daxil olub.

Məlumata görə, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tanınmış qari Hacı Ruslan Qasımov müqəddəs Qurani-Kərimdən ayələr oxuyub.

Qonaqları salamlayan Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı-alim Hacı Şahin Həsənli şəhid ailələri və qazilərin dəvəti qəbul etmələrindən şərəf duyduğunu bildirib. Onun sözlərinə görə, İmam Hüseynin (ə) əza günlərində Azərbaycan şəhidlərinin yad edilməsi təsadüfi deyil. Azərbaycan xalqı dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər zaman İmam Hüseyni (ə) şəhidlər sərvəri sayıb və Kərbəladan ilham alıb. Aşura hər zaman Azərbaycan xalqının birlik nöqtəsi olub. Şəhid öz vücudunu xalqı üçün fəda edən kəsdir, bu səbəbdən hər birimiz hər bir uğurumuzla şəhidlərimizə borcluyuq. Ləyaqətli ölüm olaraq şəhadət ləyaqətli ömrün məntiqi sonudur. Şəhid valideyinləri belə övladlar tərbiyə etdikləri üçün Allah dərgahında heç də övladlarından geri qalmırlar.   İlahiyyatçı qeyd edib ki, Azərbaycan xalqı daim şəhislik məfhumuna belə yanaşıb və bu dəyər ətrtafında spekulyasiyalara, şəhidlik arzusu ilə başqa ölkələrin daxili münaqişələrinə qatılmağa, zorakılığa qarşı kəskin mövqedə olub. Bizim şəhidlər xalqımızın haqq tələbini qorumaq, zorakılıqdan qorumaq üçün canlarından keçən qəhrəmanlardır.

Daha sonra çıxış üçün söz Milli Məclisin deputatı Adil Əliyevə verilib. Millət vəkili dövlətin daim şəhid ailələri və qazilərə qayğı göstərdiyindən söz açıb. Onun sözlərinə görə, ara-sıra məmur özbaşınalığı olur, lakin onlar da öz cəzalarını alırlar. Adil Əliyev şəhid ailələrinə hər cür dəstək üçün cəmiyyətin bütövlükdə məsuliyyət daşıdığını da vurğulayıb.

Tədbirə qatılan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycançılıq məfkurəsinə toxunub. Onun sözlərinə görə, Azərbaycan xalqı heç zaman məzhəbçi və etnik qarşıdurmalara getməyib, hər zaman öz mənəvi dəyərlərindən çıxış edərək milli birliyi və qardaşlığı qoruyub. Mənəvi dəyərlər arasında şəhidlik hər zaman uca tutulub. Azərbaycan xalqı hər zaman Kərbəla hadisələrini şəhidlik məktəbi kimi yad edir. Şəhidlərimiz ictimai-siyasi asayişimiz, ərazi bütövlüyümüz, Azərbaycançılığımız üçün canlarından keçiblər.  Dövlətimiz hər zaman şəhid ailələri və qazilərə xüsusi diqqətlə yanaşıb.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli, şəhid valideyinləri Ceyran Axundova və Sabir Mirzəyev, qazimiz Kamil Musəvi də çıxış ediblər. Qeyd edək ki, tədbirin videoyazısını rəsmi Youtube kanalında izləyə bilərsiz.

Tədbirin sonunda tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Peyman Əsədov Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabirin qəzəlləri əsasında qəsidələr oxuyub. Daha sonra ehsan süfrəsi açılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kərbəla Məşədi Dadaş 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com