Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

29 Oktyabr

2018
14:32
1891
Magistratura imtahanlarına xarici dil üzrə dinləmə mətni olacaq?

2019-cu ildə keçiriləcək buraxılış imtahanlarına xarici dil fənni üzrə “listening” – dinləmə mətni əlavə olunub. Bu fəndən şagirdə təqdim olunacaq 15 saulın 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.

Sosial şəbəkələrdə yayılan məlumata görə,  magistratura imtahanlarına da xarici dil üzrə dinləmə mətni əlavə olunacaq. Hətta müəllimlər iddia edir ki, DİM-in təşkil etdiyi seminarlarda, 8 sualın məhz “listening” üzrə tərtib olunacağı bildirilib.

FaktXeber.com-un məlumatına görə, bu gün DİM-in rəsmi facebook səhifəsində isə magistratura imtahanlarına dinləmə mətninin əlavə olunması xəbəri öz təsdiqini tapıb. Vətəndaşların sualını cavablandıran qurum bu imtahanlara da dinləmə mətninin əlavə olunacağını və yaxın vaxtlarda bu barədə məlumatın veriləcəyini qeyd edib.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir

Məqalədə : xarici dil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
175

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
62
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 08:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru