Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
12:32
1314
Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları Qriqol Vaşadzeni seçiblər

Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilən səsvermənin nəticələri açıqlanıb.

Ötən gün Gürcüstanın Azərbaycandakı səfirlyinidə prezident seçkiləri üzrə keçirilən səsvermənin yekun nəticələri açıqlanıb.

Bakıda səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin dəstəkləyib.

Diplomatik nümayəndəlikdə fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə Q.Vaşadze 88, müstəqil namizəd Salome Zurabişvili isə 39 səs toplayıb.

Bakıda səsvermənin aparıldığı üç seçki məntəqəsi üzrə nəticələr aşağıdakı kimidir:

4 saylı seçki məntəqəsi: Q.Vaşadze 35 səs, S.Zurabişvili 13 səs. Məntəqədə ümumilikdə 54 seçici səs verib.

5 saylı seçki məntəqəsi: Q.Vaşadze 36, S.Zurabişvili 12 səs. Məntəqədə səs vermiş seçicilərin ümumi sayı 53 nəfər təşkil edib.

6 saylı seçki məntəqəsi:Q.Vaşadze 17, S.Zurabişvili 14 səs. Məntəqədə ümumilikdə 40 seçici səsvermədə iştirak edib. 

Qeyd edək ki, Gürcüstanda keçirilmiş prezident seçkisi üzrə 41 ölkədə 55 seçki məntəqəsi açılıb. İlkin nəticələrə görə, xaricdə yaradılan seçki məntəqələrində ümumilikdə Q.Vaşadze qalib gəlir. (report.az)

Məqalədə : seçkilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
145

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
89
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 19:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru