Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
10:59
Üç ölkənin XİN başçıları sabah İstanbulda görüşəcəklər

Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Görüş zamanı nazirlər üç ölkə arasındakı gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək və regional proseslər ətrafında fikir mübadiləsi aparacaqlar", - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçiriləcək.

Görüşlərdə iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Türkiyəyə işgüzar səfərə gedib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkiyə XİN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com