Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
10:19
Azərbaycanda əhalinin nağd dollar alışı azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 83,010 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

FaktXəbər bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumata görə, ardıcıl yeddinci aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. Sentyabr ayında banklar tərəfindən əhaliyə 237,262 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 154,253 mln. dollar alınıb.

Avqust ayı ilə müqayisədə xalis nağd dollar satışında 4,6 dəfə azalma qeydə alınıb. Belə ki, bu müddətdə nağd dollar alışı 2%, satışı isə 2,3 dəfə azalıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dollar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 20:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com