Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2018
14:41
Azərbaycanda məktəblilər barədə yeni qanun layihəsi

Azərbaycanda Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə ilə bağlı olan şəxslər vaxtaşırı psixoloji müayinədən keçəcəklər. Bu məsələ yeni hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsinə daxil edilib.

Layihəyə əsasən, Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə ilə bağlı olan şəxslər ödənişsiz, yəni işəgötürənin vəsaiti hesabına vaxtaşırı psixoloji müayinədən keçməli, zərurət olduqda psixoloji yardımla təmin edilməlidirlər.

Ödənişsiz əsaslarla psixoloji tibbi yardım almaq hüququna həm də məktəbəqədər və orta təhsil müəssisələrində təhsil alanlar, tutulmuş və həbs edilmiş, cəza çəkməkdən azad edilmiş şəxslər, Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçular, sosial xidmətə cəlb olunmuş şəxslər, fövqəladə hallar zamanı zərər çəkənlər və onların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, tibbi-sosial reabilitasiya zamanı əlilliyi olan şəxslər və onların ailə üzvləri malik olacaqlar.

Şəxs yaşayış yeri üzrə dövlət ambulator-poliklinika müəssisəsində və həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində ödənişsiz psixoloji yardım ala bilər.

Qanun layihəsinə görə, yuxarıda qeyd edilən şəxslər, yəniödənişsiz psixolji yardım almaq hüququna malik olan şəxslər istisna olmaqla, psixoloji yardım alan digər şəxsin arzusu ilə ona bu yardım anonim də göstərilə bilər.

Qeyd edək ki, "Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : psixoloji müayinə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com