Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2018
14:26
Azərbaycan telekommunikasiya bazarında ilk dəfə - Onlayn TV

“Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV -  “Nar TV” tətbiqini təqdim edir. “Nar TV” tətbiqi vaxt və məkan sərhədi tanımır. FaktXeber.com-un şirkətin mətbuai xidmətinə istinadla verdiyi məlumata görə, bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında sevdikləri TV kanallara və verilişlərə rahat şəkildə baxa biləcəklər. “Nar TV” mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər  də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli və regional televiziya kanallarına giriş imkanı verir. 

“Nar TV” tətbiqini indi yükləməklə istifadəçilər 100-ə qədər kanala 1 ay ərzində  ödənişsiz baxa bilərlər. Abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan “Nar TV” mobil tətbiqini “Google Play” - https://bax.nar.az/nartv-g və “App store”-dan -  https://bax.nar.az/nartv-i telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçilməlidir. “Nar TV”-nin digər üstünlüyü, vaxtınız olmadıqda ötürdüyünüz proqramlara 12 saat ərzində baxmaq mümkünlüyüdür. Aylıq abunə haqqı cəmi 3 AZN-dir. Abunəçilər “Nar TV”-yə “Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə, tam keyfiyyətdə baxa bilərlər. 

“Nar TV”-də valideyn nəzarət xidməti də mövcuddur. Bunun üçün xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq olar. Qeyd edək ki, “Nar TV” xidməti “Uninet”-lə əməkdaşlıq çərçivəsində təqdim edilir. “Nar TV”-nin digər üstünlükləri barədə daha ərtaflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 16:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com