- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

On səkkiz ildir ki, arıçılıqla məşğul oluram. Qazax rayonunda ilk dəfə çiçək tozunu 9 il əvvəl mən götürmüşəm. Çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi nəticəsində yaranan arıçılıq məhsuludur. FaktXeber.com-un verdiyi məlumata görə, bu fikirləri AzərTac-a Azərbaycan Arıçılar Assosiasiyasının Qazax rayon şöbəsinin sədri İlqar Həsənov deyib.
O bildirib ki, işçi arılar yetişmiş çiçək tozcuqlarını ağız şirəsi ilə yoğurub kündə halına salır, arxa ayaqlarında olan qarmağa sancırlar. Bu məhsulla qidalanan arı süfrələrinin kütləsi intensiv artır. Çiçək tozu aparatla yığılır və xüsusi temperaturda, polen qurutma aparatında qurudulur.
İlqar Həsənov arı südünün toplanma qaydasından da danışıb. Əsasən arı südü istehsal etdiyini deyən arıçı bildirib ki, bu mövsümdə 3 kiloqramdan çox arı südü götürüb:
“Ana arının qoyduğu yumurtadan 3 gün sonra süfrələr çıxır. Həmin süfrəni 3 gün arı südü, həmçinin bol güləm qarışığı ilə yemlədikdə yumurtalarda işçi arı əmələ gəlir. Arıların yeni anaya ehtiyacı olduqda isə süfrələri süd gölündə bəsləyirlər. Başqa heç bir qida vermirlər. İşçi arılar 21 günə yarandığı halda, ana arılar 16 gündə yetişir və formaya çatır. Ana arı yalnız ana südü ilə qidalandığından işçi arıdan 5 gün tez yetişir, iki dəfə böyük olur və 5-6 il yaşayır. İşçi arı yalnız üç gün südlə qidalanır və 40-45 gün ömrü olur. Arı südü zülal və digər qidalı elementlərlə zəngindir və körpə sürfələrin qidalanması üçün əvəzedilməzdir. Pətəkdən arı südü götürmək üçün bir neçə arı ailəsini anasız saxlayırıq və onlara ana arı yaratmaq üçün özümüz qabaqcadan hazırladığımız üsküklərə bir günlük süfrə köçürürük. Arılar süfrəni südlə yemləməyə başlayır. 72 saatın tamamında, südün bol vaxtında arılardan südü alırıq və yenidən üsküklərə süfrələr qoyub prosesi davam etdiririk. Arı südü ağ-sarımtıl rəngdə olur, donduqda isə daha sarı rəngə çalır”, - deyə arıçı əlavə edib.
O qeyd edib ki, arı südünü saxlamaq qaydalarına riayət etmədikdə süd bir çox fəsadlar verə bilər.
"Südü mənfi 15 dərəcədə 18 ayadək saxlamaq mümkündür. Amma bir şərtlə ki, süd hava və günəş şüaları ilə təmasda olmasın. Əks təqdirdə arı südü öz müalicəvi tərkibini və keyfiyyətini itirir. Hazırda satışa çıxardığımız arı südünü termoslarda saxlayırıq. Buna görə də bu arı məhsulunun aptek və marketlərdə satılması mümkün deyil".
Arıçı satdığı arı südünün insan orqanizminə çox faydalı olduğunu bildirib:
“Arı südü gümrahlıq gətirir, orqanizmin müqavimətini artırır, görməni, yaddaşı, iştahanı, toxuma və hüceyrələrdə mübadilə prosesini yaxşılaşdırır, orqanizmi zəhərli maddələrdən, toksinlər və ağır metal duzlardan təmizləyir”.
- 19-02-2019 12:03 Mütəmadi siqaret çəkmək dünyanı "rəngsizləşdirir"
- 18-02-2019 13:22 Qarında piy: ƏSAS TƏHLÜKƏLƏR
- 18-02-2019 10:22 Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub
- 15-02-2019 14:42 Yuxusuzluğun ölümcül təhlükəsi açıqlanıb
- 14-02-2019 15:20 Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb”
- 13-02-2019 16:21 Qusarda əhalinin tibbi müayinəsinə başlanılıb
- 13-02-2019 12:01 Xərçəngin əsas simptomları açıqlanıb
- 12-02-2019 16:41 İnsan ixtiraları arasında ən qorxuncu
- 12-02-2019 15:57 Hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir
- 12-02-2019 15:24 Baş infeksionist qızılca ilə bağlı son vəziyyəti açıqlayıb
- 12-02-2019 11:55 Alimlər: Allaha inanmaq insanı depressiyadan qoruyur
- 12-02-2019 08:44 Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər
- 11-02-2019 14:04 Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb
- 08-02-2019 21:01 Komitə sədri: Ən təhlükəli məsələlərdən biri odur ki...
- 08-02-2019 16:55 Balıq yağının hamilə qadınlara gözlənilməz FAYDASI
- 08-02-2019 12:52 Düyü həlimi - orqanizmi təmizləyir, müalicə edir, gözəlləşdirir
- 08-02-2019 10:02 ÜST: Avropa qızılcaya yoluxma ilə bağlı 10 illik rekordu qırıb
- 07-02-2019 15:20 Televizor qarşısında çox oturmaq xərçəng yaradırmış
- 07-02-2019 12:15 Aynur Sofiyeva: "Ailə institutu deformasiyaya məruz qalıb"
- 06-02-2019 11:32 Depressiyadan qurtulmağın ən sadə yolu açıqlanıb
- 05-02-2019 14:19 Azərbaycanda orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
- 05-02-2019 12:36 Genetikası dəyişmiş uşaqların daha bir "müəllifi" tapılıb
- 05-02-2019 10:40 Xərçəngdən qorunmağın ən yaxşı yolu açıqlanıb
- 02-02-2019 15:02 Bir ay ərzində mədəni izləyə bilən həb hazırlanıb - VİDEO
- 01-02-2019 16:18 Arıqlamaq üçün səhər yeməyinin vacibliyi barədə deyilənlər MİF imiş