Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2018
14:30
12 yaşlı Əlinin qeyri-adi istedadı – VİDEO

12 yaşlı Əli Əliyev coğrafi bilikləri ilə hamını heyrətə salır.

Azyaşlı istedad, Azərbaycanın şəhər və rayonlarının, hətta bir çox kəndlərinin yerini xəritədə əzbər bilir. Hər hansı bir məntəqəni soruşduqda heç fikirləşmədən göstərir, onların coğrafi mövqeyi haqqında ətraflı məlumat verir.

Əli, Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin 6-cı sinif şagirdidir.

Onun bacarıqları bununla bitmir. Oxuduğu sinif otağındakı ölkəmizin siyasi xəritəsini də özü çəkib.

“Sinfimizdəki Azərbaycanın siyasi xəritəsini 3 günə hazırlamışam. Xəritədə bütün rayon və şəhərləri, bir çox kənd və qəsəbələri tam dəqiqliklə qeyd etmişəm. 6 yaşımdan xəritələr çəkirəm, Azərbaycanla yanaşı dünya xəritəsini də çəkmişəm. Xəritələri çəkə-çəkə coğrafi məlumatları və yer adlarını da əzbərləyirdim.”

Əlinin arzusu xəritədən tanıdığı yerlərə səyahət edib oraları canlı olaraq görməkdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İstedad xəritə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com