Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2018
15:06
AİP lideri Mövsüm Səmədov Camal Kaşıkçının qətlinə münasibət bildirib

AİP lideri Hacı Mövsüm Səmədov jurnalist Camal Kaşıkçının (Kaşuki) qətlə yetirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Bu barədə FaktXəbər-ə qurumun mətbuat xidmətindən məlumat daxil olub.

Bəyanatda deyilir:  “Tanınmış jurnalist Camal Kaşıkçının (Kaşuki) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda krallığın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi Səud rejiminin mahiyyətindən irəli gələn sıradan bir cinayətdir. Bu rejim Yaxın Şərqin, müsəlman dünyasının qan gölünə çevrilməsində çox böyük məbləğdə maliyyə vəsaiti xərcləyir. ABŞ-ın və İsrail sionist rejiminin sifarişlərini yerinə yetirən kral Salman bin Əbdüləziz əl-Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman hakimiyyətinin jurnalist Camal Kaşıkçıya qarşı törətdikləri terror və bundan da dəhşətli Yəmənin dinc sakinlərini, yaşayış məntəqələrini bombardman etdikləri bəşəri cinayətlərin davamı kimi qiymətləındirilməlidir. Terrora dəstək verən və onu maliyyələşdirməklə həm də icra edən ABŞ, Səudiyyə Ərəbistanı və İsrail həyata keçirdikləri bu qeyri-insani əməlləri ilə dünyanı xof və qorxu altında saxlamağa, müsəlman dünyasını zəiflətməyə və parçalamağa çalışır, əlaltıları ilə birlikdə dünyanın yeraltı və yerüstü sərvətlərinə hakim kəsilmək istəyirlər. Amma belə rejimlər bilməlidirlər ki, Allahın bir qismət niyyəti vardır ki, bu sərvətlər yalnız öz əsl sahiblərinə xoşbəxtlik gətirə bilər, istismarçı, işğalçı qütblərə deyil”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com