Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2018
13:47
Bu rayonların polis rəisləri haqda cinayət işi açıla bilər

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mikayıl Rəhimov ifadə verib.

O deyib ki, hadisə günü klubda olub: “Bir nəfər sərxoş olduğundan onu çölə çıxartdılar. Biz də çıxdıq, həmin vaxt Müzəffər həmin şəxsin yanındaydı. Biz ondan nəsə kömək lazım olub-olmadığını soruşduq. Bu vaxt Fərid söhbətə müdaxilə elədi, qışqırıb nəsə dedi. Sonra ara qızışdı, kənardan Emin gəlib Müzəffərin atasını söydü. Ardınca Emin onu yumruqla vurdu. Sonra Müzəffər onları bıçaqladı, mən bıçaqlama anını yox, sonradan qanı gördüm”.

Hakim qeyd edib ki, bu cinayət işində şahidlərin bəziləri və zərərçəkmiş şəxslərin özlərinin əməlində də cinayət tərkibi var: "Lakin istintaq buna qiymət verməyib, həmçinin işi aparan müstəntiq cinayət işində pozuntulara yol verib. İstintaq qeyd edib ki, zərərçəkmiş Emin həmin zaman ictimai borcunu yerinə yetirib, amma o hadisə vaxtı Müzəffəri yumruqla vurub. Hökmdə həmin şahidlər və zərərçəkmişlərlə bağlı da qərar veriləcək".

Daha sonra hakim bildirib ki, zərərçəkmişlər də məhkəməyə gəlib ifadə vermirlər: "Şahidlərin də bir neçəsi məhkəmədən yayınır. Bununla bağlı dəfələrlə Suraxanı rayon Polis idarəsi və Sumqayıt şəhər Polis idarəsinə müraciətlər edilsə də, məhkəmənin qərarı yerinə yetirilmir. Onlar tərəfindən məhkəməyə müraciətlə bağlı hər hansı cavab verilmir".

Hakim Z.Ağayev söyləyib ki, Daxili İşlər Nazirliyinə həmin polis idarələrinin rəisləri barədə məktub göndəriləcək: "Əgər növbəti prosesdə də məhkəmənin qərarı icra olunmasa, Suraxanı və Sumqayıt polis idarələrinin rəisləri haqqında cinayət işi başlanılması üçün qərardad çıxarıla bilər. Bizim təcrübəmizdə belə hallar olub”.

Məhkəmənin baxış iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir.

O, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə gecə klubundan çöldə davam edərkən M.Sərxanbəyov əlini bıçağa atıb. Daha sonra o, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.(Report)

Məqalədə : DİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 09:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru