Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2018
10:36
`Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır`

"Azərbaycan qlobal təhsilə töhfə verməyə davam edəcək".

Bunu Azərbaycanın təhsil naziri Ceyhun Bayramov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində keçirilən "Gələcəyə investisiya: davamlı və inkluziv inkişaf" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

O, təhsilin hər bir ölkənin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb.

"Azərbaycan həm öz, həm də xarici tələbələr üçün təhsilə fəal şəkildə sərmayə ayırır. Hazırda Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan Prezidentinin fərmanı ilə qarşıdakı 5 il üçün İslam Əməkdaşlığı Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrə 200 təqaüd ayrılıb", - nazir bildirib.

C.Bayramov həmçinin təhsilin yüksək səviyyədə olmasından ölkənin bütün fəaliyyət sahələrinin xeyir gördüyünü vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : tələbə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com