Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2018
16:01
Avropa Məhkəməsi: Məhəmməd Peyğəmbəri təhqir ifadə azadlığı deyil

Avropa İnsan Haqları Məhkəməsi  Həzrət Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz ifadələri ifadə azadlığı olmadığı barədə hökm verib. FaktXeber.com-un Haberler-ə istinadla verdiyi məlumata görə, qurum 47 yaşındakı avstriyalı 2009-cu ildə Həzrət Məhəmmədə qarşı istifadə etdiyi təhqiramiz ifadələrin İnsan Haqları Müqaviləsinin  düşüncə azadlığı ilə əlaqədar 10-cu maddəsi çərçivəsində olmadığına  səs birliyi ilə qarar verib. 

«İstifadə edilən mübahisəli ifadələr obyektiv müzakirə sərhədlərini aşıb və İslam Peyğəmbəri Həzrət Məhəmmədə təhqir yolu ilə hücum kimi qiymətləndirilmişdir. Həmçinin  bunun kimi hücumlar Avstriyada din azadlığına qarşı təhdiddir», - deyə qərarda bildirilir.

Qeyd edək ki, 2009-cu ildə Avstriyada «İslamın təməl ünsürləri» konfransında çıxış edən 47 yaşlı şəxs Həzrət Muhəmmədə qarşı təhqiramiz ifadələr işlətmişdi. Bununla əlaqədar 2011-ci ildə yerli məhkəmə  onu dini inancı təhqir etmə maddəsi ilə 480 avro cərimələmişdi.  Cəzaya etiraz edən avstriyalı Ali Məhkəməyə müraciət etsə də, bu məhkəmə eyni qərarı vermişdi. Bundan sonra həmin şəxs Avropa Məhkəməsinə müraciət etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Muhəmməd Peyğəmbər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com