Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2018
12:40
Azərbaycan avtomobil istehsalını 3 dəfədən çox artıracaq

Azərbaycanda gələn il 2000 minik avtomobilinin istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 3,3 dəfə çoxdur.

Faktxeber.com bu barədə 2019-cu il büdcə zərfinə istinadən xəbər verir.

2020-ci ildə 3500, 2021-ci ildə 5300, 2022-ci ildə 7000 minik avtobilinin istehsal olunacağı gözlənilir. Həmçinin proqnozlara əsasən 2019-cu ildə 843, 2020-ci ildə 752, 2021-ci ildə 721 və 2022-ci ildə 782 ədəd yük avtomobili istehsal olunacaq.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə minik avtomobili istehsalının 600 ədəd, yük avtomobili istehsalının 55 ədəd olacağı ehtimal olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan istehsalı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 14:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com