Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2018
10:59
Bakıda şagird məktəb direktoru oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində “Şagird həftəsi” layihəsinə start verilib.

Layihənin əsas məqsədi şagirdlərə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətləri aşılamaq, onların peşə məsuliyyətini dərk etməsinə köməklik göstərmək, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək bacarıqlarına yiyələnməsinə nail olmaqdan ibarətdir.

Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən Faktxeber.com-a məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 263 nömrəli tam orta məktəbdə həyata keçirilən layihə çərçivəsində tədris nailiyyətləri və bacarıq qabiliyyətləri ilə fərqlənən şagirdlər bir gün ərzində məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri, psixoloq, hərbi rəhbər kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə ediblər. Tədris ocağında mövcud iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini məharətlə yerinə yetirməyə çalışıblar.

Məktəb idarəetməsində iştirak edən VIII, IX, X, XI sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə biliblər. Bundan əlavə, şagirdlərə sevdikləri fənni tədris etmələri üçün də şərait yaradılıb.

Layihə çərçivəsində məktəblilərin Xətai Rayon İcra Hakimiyyətinə səfəri təşkil olunub. Səfər zamanı şagirdlər dövlət orqanının fəaliyyəti ilə yaxından tanış olublar. Məktəblilərin gələcəkdə öz kariyeralarını inkişaf etdirmələri üçün müvafiq məsləhətlər verilib, müxtəlif fikirlər irəli sürülüb. Şagirdlərə şəxsi maraq və dəyərlərə uyğun ixtisas seçmək, öz bacarıq və istəklərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinə aydınlıq gətirmək barədə tövsiyələr verilib.

Bundan başqa, layihə çərçivəsində şagirdlərin ali təhsil müəssisələrinə ekskursiyası da nəzərdə tutulub.

Qeyd edək ki, məktəbdə “Şagird həftəsi” layihəsi ilə bağlı “Açıq qapı” günü təşkil olunacaq. “Açıq qapı” günündə valideynlərə layihə çərçivəsində məktəb idarəetməsində iştirak edən şagirdlər və həftə ərzində yerinə yetirilən tapşırıqlar haqqında geniş məlumat veriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com