Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2018
10:28
1469
Bu il İrandan Azərbaycana nə ixrac olunub? - SİYAHI

Bu ilin ilk yeddi ayında İranın Astara gömrüyündən 184 milyon dollar dəyərində 441 min ton qeyri-neft məhsulu ixrac olunub və 124 milyon dollar dəyərində 117 min ton məhsul idxal edilib.

Bunu İran Astara Gömrük İdarəsinin baş direktoru Rəsul Ümidi deyib.

İranlı rəsmi qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu il qeyri-neft məhsullarının ixracı çəki və dəyər baxımından artıb: "Daxil olan məhsullar əsasən ağac materialları, neft məmulatları, pambıq, süni liflər, dəmir külçələr, mis, süni şüşə lifi və dəmir laylardır. Bu məhsullar Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynadan Türkiyə, İraq və Birləşmiş Ərəb Əmirliklərinə nəql olunub. Ötən 7 ayda xarici tranzitin həcmi 155 min ton məhsul olub. 748 milyon dollar dəyərində elektirk vasitələri, minik avtomobilləri, mebel, texniki avadanlıqlar, səhiyyə avadanlıqları, tikinti materialları, kristal qablar, paltar, kimyəvi maddələr və kənd təsərrüfatı məhsulları isə Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynaya nəql olunub".

R.Ümidi vurğulayıb ki, qeyd olunan müddət ərzində 10 milyon dollar dəyərində 2 min 496 ton məhsul əsasən Azərbaycana ixrac olunub və məhsullar ərzaq maddələri, kauçuk və kənd təsərrüfatı məhsulları olub.(Trend)

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
62

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
58

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
627

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1700
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 13:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru