Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2018
15:34
Azərbaycanda universitetdə tələbələrə saqqal qadağası

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib. Bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir.

Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir.

Tələbələr sözügedən qadağaya etiraz etdiklərini deyiblər. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Odlar yurdu” Universitetində tələbə qızlara və qadın müəllimlərə dikdaban ayaqqabı geyinməyin qadağan edilməsi barədə xəbər yayılıb.(A24)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com