Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2018
13:26
Gəmiqayırma Zavodu sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib

“Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) son günlər müəssisənin giriş hissəsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib.

FaktXəbər-in məlumatına görə, zavodun açıqlamasında deyilir:

“Təəssüf hissi ilə bildiririk ki, əməkdaşlarımız tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərflərin təmir məqsədilə çıxarılan zaman aşağıda adları qeyd edilmiş şəxslər tərəfindən çəkilmiş fotoşəkil belə böyük bir rezonansa səbəb olub Bununla əlaqədar olaraq hadisələrin xronologiyasını sizlərlə bölüşmək istərdik.

22 oktyabr saat 11:00 radələrində BGZ- nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilmiş və bu barədə zavodun aidiyyatı şöbəsinə məlumat verilib. Əməkdaşlarımız tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib.

BGZ-də hal-hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. Məlumat üçün bildiririk ki, BGZ-nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Bu birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib.

Sonda onu qeyd etmək istərdik ki, BGZ rəhbərliyi zavod ərazisinə daxil olan bütün əməkdaşları və qonaqları daha diqqətli olmağa, daxili qaydalara riayət etməyə və bu kimi halların təkrarlanmaması üçün daha çox səy göstərməyə çağırır”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68464

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65877

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67684

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67031

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72496

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66759

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67098
Şərhlər
anonim tərəfindən 24-10-2018 16:15:22 tarixində yazıldı
əmiqayırma
Təmir vaxtı lövhəni bağlamaq olmazdı? Ay, kozellar, kraynı axtarırsız?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-03-2021 09:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru