Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2018
12:24
1176
Ölkəyə qanunsuz yolla dərman keçirmək istəyənlərin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini “yaşıl kanal”la keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün “qırmızı kanal”a yönləndirilib.

Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.

Şifahi sorğu-sual zamanı Əjdər Kərimov İstanbuldan Bakıya tanışı Samir Bağırlı ilə birlikdə gəldiyini, malların sonuncuya məxsus olduğunu bildirib.

Daha sonra gömrük zonasını tərk edən Samir Bağırlının olduğu yer müəyyən edilib və o, baqajının təkrar yoxlanılması üçün geriyə qaytarılıb.

Təkrar yoxlama nəticəsində isə sahibi Samir Bağırlı olan 2 ədəd əl çantasında və 4 ədəd baqajda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan edilməmiş 137 adda dərman preparatı, qida əlavəsi, tibbi ləvazimat və 35 ədəd eynək aşkar olunub.

Məqalədə : dərman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
626

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1169
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 01:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru