Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2018
12:03
1562
Azərbaycanda deputatlara yeni tələblər qoyulur

Deputatların maraqlarının toqquşması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 11-ci maddəsi (Maraqlar toqquşmasının qarşısının alınması) yeni redaksiyada təklif edilir.

Dəyişikliyə görə, deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

Hazırki qanunvericilik isə aşağıdakı kimidir:

Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.

Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin oktyabrın 30-u və noyabrın 2-də keçiriləcək iclaslarında müzakirə ediləcək.(Modern)

Məqalədə : deputatlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
62

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
58

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
627

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1700
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 13:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru