Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
15:13
Baş Prokurorluq açıqlama yaydı

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə yaydığı informasiyalara münasibət bildirib.

FaktXəbər bildirir ki, açıqlamada qeyd edilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur: “Belə ki, rüşvət alma, hədə-qorxu ilə tələb etmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir.

Kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edilməklə, bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidmətləri ilə dəqiqləşdirmələri xahiş olunur”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Baş Prokurorluq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com