Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
16:08
Havanın temperaturu 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişək. Bu barədə FaktXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Məlumata görə, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək. 

ETSN xəbərdarlıq edir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Faktəbər-ə daxil olan məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : külək 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com