Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
13:53
Qanun müddəalarındakı bu sözlər “təhsil”lə əvəz olunacaq

Nazirlər Kabineti 22 oktyabrda bir sıra qərarlara dəyişiklik edilməsi barədə qərar qəbul edib.  Qərarlara edilən dəyişikliklərə əsasən, bir sıra müxtəlif bəndlərdə yer alan “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilib.

FaktXeber.com həmin dəyişiklikləri təqdim edir:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli qərarı ilə təsdiq edilmiş “Reabilitasiya  mərkəzləri haqqında  Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilib. 3.1. 2.2-ci bənddə “uşaq tərbiyə” sözləri “təhsil” sözü ilə, 3.2. 9.1-ci bəndin dördüncü abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilib.

2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14  may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 1-ci hissəsinin ikinci abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin.

3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş  “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə  mənfi təsir  göstərən digər amillər  olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti  göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 5-ci və 16-cı hissələrinə  “məktəbəqədər” sözündən sonra “təhsil müəssisələrində” sözləri əlavə  edilsin.

4.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli 1-ci hissəsinin ikinci abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin

5.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003 -cü il 12  avqust tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş  “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı  müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb  gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konk ret müddəti  göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 5-ci və 16-cı hissələrinə  “məktəbəqədər” sözündən sonra “təhsil müəssisələrində” sözləri əlavə edilsin

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : təhsil qanun 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com