Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
10:17
Qərargah: Badamdardakı sürüşmə zonasında gərginlik qalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdardakı sürüşmə zonasındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan FaktXəbər-ə verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə nisbi gərginlik qalmaqdadır.

Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sürüşmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com