Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

22 Oktyabr

2018
23:24
1279
Tərtərdə 4G şəbəkəsi quruldu

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. FaktXeber.com-un mobil operatorun mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Tərtər oldu. Bununla da Tərtər sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir. Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” il ərzində 570-ə yaxın 4G, 140-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1500-ü keçib. 3G baza stansiyalarının sayı 2600-ün üzərindədir. İlin sonuna qədər isə mobil operator ümumilikdə 1700-dən çox 4G-LTE texnologiyalı baza stansiyasını istifadəyə verməklə LTE texnologiyasının əhatə dairəsini genişləndirməyi nəzərdə tutub.

4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.

Məqalədə : Tərtər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
17

Sabah Bakıda hava yağmursuz olacaq

24

Aprel
14:10
ÖLKƏ
55

Günün qarşılaşmaları TV AFİŞA

24

Aprel
12:42
İDMAN
87

Rusiyada qeyri-adi cərimə

24

Aprel
12:24
DÜNYA
97

Dəməşqdə terror: ölən var

24

Aprel
11:56
DÜNYA
71

Azərbaycan tərəvəz ixracını 40% artırıb

24

Aprel
11:52
İQTİSADİYYAT
70

Rusiya NATO-ya xəbərdarlıq etdi

24

Aprel
11:47
DÜNYA
630
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 15:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru