Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2018
16:50
1389
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib

Şirvanşahlar dövlətinə aid olan və dünyanın müxtəlif muzeylərində saxlanılan nadir eksponatlar sərgidə nümayiş etdirilmək üçün Azərbaycana gətirilib.

Bu barədə Fakxeber.com-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. 

Bildirilib ki, idarə "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi təşkil edəcək. Tədbir "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı beynəlxalq elmi konfrans çərçivəsində baş tutacaq.  

Sərgi oktyabrın 23-24-də konfrans iştirakçılarının xüsusi ziyarəti, oktyabrın 25-dən isə ictimaiyyət üçün açıq olacaq. 

İlk iki gün ərzində sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunacaq. İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan eksponatlar sərginin əsasını təşkil edəcək. Sərgidə Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunacaq.

Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində "canlanan" eksponatlar, onların ehtiva etdiyi dərin məna və Şirvanşahlar Sarayının tarixi abu-havasını zənginləşdirəcək qədim musiqi alətlərində ifa olunan musiqilər, eləcə də öz tarixi, ilkin obrazını səsləyən konstruksiyalardan istifadə olunacaq.

"Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi 2019-cu ilin yanvarın 23-dək İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9:00-dan 20.00-dək ziyarətçilər üçün açıq olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
87

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
57

Gənclər üçün yeni iş imkanı

20

May
13:18
ÖLKƏ
79

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
65
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 16:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru