Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib.
Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.
Daha bir sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü isə Rəşid Behbudov küçəsində saxlanıldı. Sürücü Afəl Cəfərov “Opel” markalı nəqliyyat vasitəsini içkili halda idarə etmədiyi bildirsə də, müayinə zamanı onun da sərxoşluq dərəcəsi müəyyən edilib.
Tədbir zamanı Binəqədi rayonu ərazisində “Toyota” markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona “saxla” işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
“BMW” markalı avtomobilin sürücü Arzu Nəsibov isə Yasamal rayonu “Mətbuat”, “Hüseyn Cavid” prospektlərində təhlükəli manevrlər etdiyi, piyadalara yol vermədiyi üçün yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi məlum olub. Sürücü barəsində qanunauyğun tədbir görülərək aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.
Qeyd edək ki, tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişikliklər edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən bəziləri avtomobildə etdikləri konstruksiya dəyişikliklərini yerində aradan qaldırandan sonra barələrində protokol yazılaraq buraxılıblar.
Reyd zamanı digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

“ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
09
Dekabr
Müdafiə Nazirliyindən Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri barədə açıqlama
09
Dekabr
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
09
Dekabr
Azərbaycanda "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin təməli qoyulub
09
Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
09
Dekabr27-11-2019 11:49 Dedi "yox, tələsirəm" - VİDEO
07-10-2019 10:02 Belə sürücüləri 50 manat cərimə gözləyir- VİDEO
02-10-2019 15:25 Yağışlı havada sürücülər cərimələnməyəcək - Rusiyada
27-08-2019 10:59 Bakıda avtomobil qaçıran şəxs saxlanılıb
20-05-2019 14:35 Deputat DYP ilə sürücünü qarşı-qarşıya qoyan qadağadan danışdı
23-01-2019 14:30 DYP sürücülərə müraciət edib
- 09-12-2019 11:52 DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 07-12-2019 17:34 Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
- 07-12-2019 15:24 Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza - FOTO
- 07-12-2019 10:37 Tez - tez zolaq dəyişməklə qabağa düşürükmü? - VİDEO
- 06-12-2019 17:17 Sərnişin qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək
- 06-12-2019 15:43 Sürücülərə saxta parklanma vərəqəsi verilir
- 05-12-2019 17:44 Xəzər rayonuna 11,8 milyon manat ayrılıb
- 05-12-2019 16:20 "Audi"ni test edən qız dəhşətli qəza törətdi - FOTO-VİDEO
- 05-12-2019 12:02 Bakıda 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb
- 05-12-2019 10:50 Bu avtobusların hərəkət sxemi dəyişdirildi
- 05-12-2019 10:18 Bakı-sərnişin Keşlə mənzilində yaranan texniki nasazlıq aradan qaldırılıb
- 05-12-2019 09:46 Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb - FOTO
- 05-12-2019 08:44 Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb
- 05-12-2019 08:36 Bakıda yağışlı hava ilə bağlı yollarda sürət həddi endirilib
- 04-12-2019 11:45 Hava ilə bağlı yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ
- 04-12-2019 11:30 Gəncə-Gürcüstan magistralı genişləndirilir - FOTO
- 04-12-2019 08:59 Bu magistral 4 hərəkət zolağına genişləndirilir - FOTO
- 03-12-2019 09:21 Marşrut avtobusunun iştirakı ilə qəza - VİDEO
- 02-12-2019 10:23 BNA küləklə bağlı sürücülərə XƏBƏRDARLIQ etdi
- 02-12-2019 10:19 Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanılıb
- 30-11-2019 13:36 Bakıda bir marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
- 29-11-2019 21:07 AA seriyalı avtomobil sürücüsü svetoforun qırmızı işığında keçdi - VİDEO
- 29-11-2019 16:48 125 nömrəli marşrut xəttinə yeni avtobuslar verilir
- 28-11-2019 17:35 Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanılır
- 28-11-2019 16:42 Bu rayonun yol tikintisinə 11,1 milyon manat ayrılıb