Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2018
17:48
Dünyanın qeydə alınmış ən sirli VİDEOSU

FaktXeber.com olaraq bu gün sizlərə "Məxfi materiallar" rubrikasından dünyanın ən sirli ölümlərindən biri barədə məlumat verəcəyik.

Ilk olaraq liftin müşahidə kamerası tərəfindən qeydə alınan bu videoya baxaq:

Kadrlardan görünür ki, qız liftə girir və həyəcan içində bütün düymələri basır. Lakin liftin qapısı bağlanmır. Sonra qızın nədənsə qorxudu, liftin divarına qısıldığı, tez-tez çölə baxdığı görünür. Nəhayət qız liftdən bayıra çıxır və kimlə isə həyəcanla danışmağa başlayır. Lakin bu vaxt qızın əlləri qəribə bir şəkildə tərsinə çevrilmiş olur. Bundan sonra qız kameranın kadrından kənara çıxır. Qız aralanan kimi liftin qapısı bağlanır və bütün mərtəbələrə bir-bir çıxır...

Kimdir bu qadın və həqiqətdə nə baş verib?

Çin əsilli olan  və səfərə çıxan Elisa Lam nümunəvi övlad olub, səfər vaxtı mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayar, gördükləri barədə təfərrüatı ilə danışardı. 

21 yaşlı gənc qız yanvarın 26-da  Los Ancelesə gəlir və  ucuz "Sesile" otelində qalır. Lakin  Los Ancelesə gəldikdən sonra o, zəngləri dayandırır.

Turist qız son dəfə yanvarın 31-də görünür: o, otelin yaxınlığındakı kitab mağazasına girir, ailə üzvlərinə hədiyyə alıb, otelə qayıdır və liftdə yoxa çıxır. 

Onun izinə fevralın 19-da – otel sakinlərinin suyun keyfiyyəti ilə bağlı şikayətlərindən sonra rast gəlinir. Belə ki, krandan gələn su tündəlişr, qəribə tam gəlməyə başlayır.

İşçilər binanın damına qalxaraq su çəninə baxanda Elizanın çılpaq cəsədi ilə rastlaşırlar.

Həmin vaxt artıq iki həftə idi ki, Elizanın valideyləri polislərlə birgə onun axtarışına başlamışdılar.

Ekspertiza nəticələri qızın nədən öldüyünü açıqlaya bilmədi.

Elizanın cəsədində heç bir uyuşdurucu, spirtli içkinin yaxud da Hallusinagenlərin izinə rast gəlinmir, zorakılıq əlamətləri görünməyib. Bundan başqa məlum oldu ki, o suda boğulub. Lakin üzə çıxmağa çalışmayıb.

Onun psixoloji vəziyyətinə gəldikdə isə heç bir probleminin olmadığı vurğulanıb. 

Uzun istintaqdan sonra polis işi "ehtiyatsızlığa görə ölüm" maddəsi ilə işi bağlayır.

Bundan başqa onun qapısı daim bağlı qalan dama çıxması, çox ağır olan çənin ağzını açması və içəri girdikdən sonra çöldən bağlaması da inandırıcı görünmür.

Ən böyük sirr isə yanvarın 31-də liftə qeydə alınan çəkiliş oldu.

Beləliklə, Elisa Lamın ölümü dünyanın ən sirli ölümlərindən biri sayılıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Top Secret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 17:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com