Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2018
16:14
`Azərenerji`də yeni təyinatlar olub

"Azərenerji" ASC-də iki yeni təyinat olub. Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev "Azərenerji"nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.

Bundan başqa, "Azərişıq" ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev "Azərenerji" prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər "Azərişıq" ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona "Əməkdar mühəndis" fəxri adı verib.

Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.

Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev "Azərenerji"nin prezidenti təyin edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərenerji 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 15:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com