Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2018
12:19
Daha üç qanun ictimai müzakirələrdən keçiriləcək, tam yenilənəcək

Bu il, parlamentin 2018-cil payız sessiyası çərçivəsində şəkərli diabet xəstəliyi, tibbi optika və icbari tibbi sığorta ilə bağı Milli Məclisin (MM) Səhiyyə komitəsinin dinləmələrinin keçirilməsi nəzərdə tutulur.

Bu haqda adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, istər şəkərli diabet xəstəliyi, istərsə də icbari tibbi sığorta ilə bağlı qanunlarda ciddi təkmilləşdirmələrə ehtiyac var:

“Bu haqda komitəmizin payız sessiyası ilə bağlı ilk iclasında fikirlərimi müəyyən qədər bildirmişəm, indi də qeyd etmək istəyirəm ki, hər iki qanunun yenilənməsi vacibdir.

Məsələn, gələn il ölkə üzrə bütövlükdə icbari tibbi sığortanın tətbiqi gözlənilir. Amma bununla bağlı qanun günün tələblərinə, reallıqlarına cavab vermir. Bizim bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, onun rəhbəri Zaur Əliyevlə də xeyli müzakirələrimiz olub.

Onların icbari tibbi sığorta ilə bağlı qanuna xeyli təklifləri var. Onları yaxın zamanlarda qruplaşdırıb, bizə təqdim edəcəklər.

Odur ki, bu məsələnin ətrafında dinləmələrin keçirilməsi yaxşı olardı və biz də belə bir dinləməni keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, şəkərli diabet xəstəliyi ilə bağlı qanunun yenilənməsi çox vacibdir.

Ona görə bu məsələ ilə bağlı dinləmələr keçirməyi və orada səsləndirilən təklifləri nəzərdən keçirib, adıçəkilən qanunu təzələməyi, yeniləməyi qərara almışıq. Həmçinin, tibbi optika ilə bağlı ayrıca qanuna və bu yöndə dinləmələrə ehtiyac var.

Biz bu məsələni başqa bir qanunda əks etdirməyi nəzərdə tutsaq da, sonradan ayrıca qanunun hazırlanması və qəbulunu məqsədəuyğun saydıq. Belə bir müstəqil qanuna ciddi ehtiyac var”.(oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : milli məclis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com