Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2018
10:34
Şoyqu: Suriyada İŞİD tamamilə məhv edilib

Rusiyanın dəstəyi ilə Suriyada üç il ərzində keçirilən əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması tamamilə məhv edilib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Ümumilikdə əməliyyatlar zamanı 87,5 min yaraqlı zərərsizləşdirilib, 1411 yaşayış məntəqəsi və Suriya ərazisinin 95 faizi azad edilib” , - o deyib.

Nazir qeyd edib ki, Suriya Hərbi Qüvvələri hazırda 90 faiz əhalinin yaşadığı əraziyə nəzarət edir.

“Rusiya Hərbi-Kosmik Qüvvələri əməliyyatlar zamanı 40 mindən çox uçuş, o cümlədən 21 gecə uçuşu həyata keçirib. Bu uçuşlar zamanı terrorçuların 122 min obyekti məhv edilib”, - deyə Şoyqu bildirib.

Sonda nazir əlavə edib ki, BMT-nin məlumatına əsasən, Suriyanı müharibəyə görə yeddi milyon insan tərk edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 05:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com