Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
22:38
`Böyük Qayıdış yürüşü`ndə 115 nəfər xəsarət alıb

Qəzza zolağında Böyük Qayıdış yürüşündə 10 minə qədər insan iştirak edib. FaktXeber.com-un Ərəb mediasına istinadla məlumatına görə, isrəil hərbçiləri dinc sakinlərə qarşı yenə silah istifadə ediblər.

Qəzza Səhiyyə Nazirliyi toqquşmalarda 115 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Xatırladaq ki, martın 30-dan bəri hər cümə fələstinlilər  Qəzza zolağında «Böyük Qayıdış Yürüşü» keçirirlər. Dinc sakinlərin keçirdikləri aksiyaya qarşı hərbçilər gözyaşardıcı bomba, rezin güllələrlə yanaşı həqiqi silah da istifadə edirlər. Rəsmi məlumatlara görə, indiyə qədər 220 nəfər həlak olub. Onların arasında jurnalist, qadın, uşaq, əlil və başqa dinc sakinlər var.

Bundan başqa 22 min sakin xəsarət alıb. Onlardan 460-ı xəstəxanalarda yatır və vəziyyətləri ağır qiymətləndirilir.

Ötən cümə yürüş zamanı 7 nəfər həlak olmuş, 250-dən çox insan yaralanmışdı

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Böyük qayıdış 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 15:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com