Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
17:21
MTRŞ bu şirkətə müddətsiz lisenziya verdi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. FaktXəbər-ə daxil olan məlumata görə, iclasda  teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilmişdir.

İclasda eyni zamanda “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət  üçün lisenziya alınması barədə müraciətinə baxılmış, “Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 03 avqust 2018-ci il tarixli Distribütörlük Müqaviləsinə əsasən DİGİTÜRKə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilmiş və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət  üçün müddətsiz lisenziya verilib.

İclasda həmçinin  “Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılmış və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : MTRŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 15:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com