Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
14:54
Bələdiyyələrin qəbiristanlıqlarla bağlı vəzifələri müəyyənləşdirilib

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

İclası açan komitə sədri Arif Rəhimzadə əvvəlcə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. O bildirib ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Qanunun tələblərinə uyğun olaraq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə müəyyən edilmiş qaydada və ödəniş əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatları verilməlidir. Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilmə qaydası və bununla bağlı ödənişlərin miqdarı” müəyyən edilib. Komitə sədri bildirib ki, qanunda edilən dəyişikliklər özündə bu məsələləri ehtiva edir.

Sonra komitə üzvləri “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanun layihələrində edilən dəyişiklikləri üçüncü oxunuşda müzakirə ediblər. Bildirilib ki, hər iki sənəddə edilən dəyişikliklər qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələri müəyyən edir. Belə ki, bələdiyyələrin bu məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmədiyi hallarda məsuliyyət məsələsini təmin edir və bələdiyyə büdcəsindən qəbiristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması və abadlaşdırılması məqsədi ilə zəruri xərclərin tutulmasını təsbit edir.

Millət vəkilləri Rüstəm Xəlilov, Tahir Rzayev, Fəzail İbrahimli, Kamran Bayramov, Azər Badamov, Malik Həsənov, Cavid Osmanov, dəvət olunmuş yerli özünüidarəetmə sahəsinin mütəxəssisləri sənədlərdə edilən dəyişikliklərin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacağından söz açıblar.

Müzakirələrdən sonra hər 3 sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bələdiyyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 04:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com