
Səudiyyə Ərəbistanın İstanbulda baş konsulu Muhəmməd İbrahim əl-Uteybi öz iş yerinə qayıtmaq üçün cümə axşamı günü təyyarəyə minməyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə HaberTürk xəbər verib.
Baş konsulun İstanbulu təkr edəcəyi barədə ilk informasiyanı verən nəşrin icmalçısı Sevilay Yılman bildirib ki, Uteybinin oktyabrın 18-nə geri bileti olub. Onun təyyarəsi yerli vaxtla saat 15:00-da Səudiyyə Ərəğistanından uçmalı idi, ancaq diplomat ora minməyib.
Xatırladaq ki, baş konsul oktyabrın 16-d Beynəlxalq Atatürk aeroportundan mütəmadi reyslə saat 17:00-da İstanbulu tərk edib. Elə həmin gün türk istintaqçılar diplomatik missiyada yoxa çıxan Camal Kaşıkçının axtarışı ilə bağlı istintaq aparmalı idi. Lakin axtarış oktyabrın 17-də axşam vaxtlarında aparıldı.
Ər-Riyad siyasətinə sərt tənqidləri ilə məşhur olan səudiyyəli jurnalist Camal Kaşıqçı (Xaşuqi) oktyabrın 2-də sənədləri üçün İstanbulda Səudiyyənin baş konsulluğuna girib və bir daha da ondan xəbər alınmayıb.
KİV-də jurnalistin diplomatik missiyada işgəncə ilə Səud konsulunun gözü qarşısında öldürüldüyü barədə məlumat yayılıb. Türkiyənin hökumətyönlü Yeni Şafak qəzeti Kaşıkçının işgəncə ilə ölümü ilə bağlı audioyazı əldə etdiyini bildirmişdi. Məlumata görə, onun barmaqları kəsildikdən sonra başı kəsilib.
Ər-Riyaddan bu günə qədər ancaq təkzib gəlib.
Onu da xatırladaq ki, Muhəmməd Bin Salmana müxalif jurnalist Camal Kaşıqçının itkin düşdüyü gün İstanbulda Səudiyyə konsulluğunda olan Məşal Səəd əl-Bostani Ər-Riyadda qəzaya düşüb. Bu barədə Yeni Şafak məlumat verib. Bildirilir ki, Səudiyyə Ərəbistanın HHQ-nin leytenantı olan Bostani müəmmalı hadisə günü dipolmatik missiyaya gələn 15 nəfərdən biri olub.
O, Kaşıkçının ehtimal olunan qətlində şübhəlilərdən biri idi.
Türkiyə KİV-i yazırdı ki, diplomatik missiyaya girməzdən öncə jurnalist öz nişanlısını iPhone-nu verib və Apple Watch-u qeydiyyat rejiminə keçirir. Smartfon onun qolundakı saatla sinxrozasiya olunurdu.
Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə sənədlərini götürmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girən və ordan yoxa çıxan jurnalist Camal Kaşıkçının qətli ilə bağlı animasiya hazırlanıb.
Xatırladaq ki, Səudiyyə rejiminə və xüsusən vəliəhd şahzadə Mühəmməd bin Salmana müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.
Qeyd edək ki, Camal Kaşıkçı “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.
Türkiyə mediası "Washington Post" yazarı, səudiyyə ərəbistanlı Camal Kaşıkçını (Kaşukî) oğurlamaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanından olan kəşfiyyat qrupunun "Atatürk" hava limanındakı görüntülərinin üzə çıxdığı barədə yazmışdı.

İlham Əliyev “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO
19
Aprel25-12-2019 10:33 Avropa Birliyi Kaşıkçının qətlində təqsirləndirilənlərin edamına qarşı çıxı
26-09-2019 12:37 Səudiyyənin vəliəhd şahzadəsi: "Kaşıkçının ölümündən mən məsulam"-VİDEO
25-09-2019 10:54 Səudiyyədən BMT-də etiraf: Kaşıqçını biz öldürdük
09-09-2019 15:15 Kaşıkçının qətlindən əvvəl olan söhbətin QANDONDURAN səs yazısı
17-05-2019 11:55 Kaşıkçının nişanlısı Konqresə çağırış edib
08-02-2019 11:18 Bin Salman qətldən 1 il əvvəl Kaşıkçını güllələyəcəyini deyib
- 17-04-2021 11:32 Azərbaycan nefti bahalaşıb
- 17-04-2021 11:11 İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
- 16-04-2021 10:13 Vyanadakı nüvə anlaşması üzrə ortaq komissiyanın danışıqları sona çatdı
- 15-04-2021 15:30 "Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırıb
- 15-04-2021 09:24 ABŞ döyüş gəmilərini Qara dənizə göndərməkdən imtina etdi
- 14-04-2021 13:57 QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb
- 13-04-2021 15:27 Bitkoin qiyməti rekordlar qırır
- 13-04-2021 14:59 Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
- 12-04-2021 15:23 FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO
- 12-04-2021 14:09 Türkiyədə Ramazan ayı ilə bağlı qadağalar tətbiq olundu
- 12-04-2021 10:47 ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
- 10-04-2021 11:13 Maşınlarda maskadan istifadə ilə bağlı reydlər keçiriləcək
- 09-04-2021 16:07 Tank bölmələri döyüş atışları icra edib - VİDEO
- 08-04-2021 15:46 Koçaryan Paşinyanı məhkəməyə verdi
- 08-04-2021 14:51 Zərif İranın prioritetini açıqladı
- 07-04-2021 11:09 ABŞ-ın hipersəsli raket sınağında növbəti uğursuzluğu
- 06-04-2021 10:11 DYP sürücülərə XƏBƏRDARLIQ edib
- 05-04-2021 11:40 QMİ əhaliyə Ramazan ayı ilə bağlı müraciət edib
- 03-04-2021 13:21 Zərif: "ABŞ-la hər hansı bir görüş keçirməyə gərək yoxdur"
- 03-04-2021 10:41 ABŞ-da Kapitoli qarşısında atəş səsləri: İki ölü, bir yaralı
- 03-04-2021 10:21 Rusiya İranla bağlı çağırış etdi
- 02-04-2021 12:59 Daha 30 şəhid və qazi ailəsinə mənzil verilib
- 01-04-2021 10:29 İranın ən böyük müasir muzeyi Təbrizdə yerləşirmiş
- 31-03-2021 16:57 “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb
- 31-03-2021 16:03 ABŞ-ın İraqdakı hərbi logistika karvanına hücüm edilib