Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

19 Oktyabr

2018
14:22
1980
Gənclər təşkilatlarına veriləcək qrantın aşağı və yuxarı həddi müəyyən edilib

Azərbaycanda gənclər təşkilatlarına ən az 5 min, ən çox isə 15 min qrant verilə bilər. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nda əksini tapıb.

Qaydaların 3-cü (Qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər) maddəsinə əsasən, müsabiqədə yalnız müəyyən edilmiş tələblərə cavab verən gənclər və gənclər təşkilatları iştirak etmək hüququna malikdirlər. Gənclər təşkilatlarının hər qrant müsabiqəsi çərçivəsində müsabiqəyə “A” və ya “B” kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsinə yol verilir. Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Müsabiqəyə təqdim olunmuş “C” kateqoriyası üzrə layihələrin icra müddəti 2 aydan az, 12 aydan çox olmamalıdır. “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 min manatdan, “B” kateqoriyası üzrə 15 min manatdan, “C” kateqoriyası üzrə isə 5 min manatdan çox olmamalıdır.

Maddədə qeyd olunub ki, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Məqalədə : Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
36

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
938

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1097
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 18:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru