Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
12:05
Bu il Almaniyadan qovulan azərbaycanlıların sayı – RƏSMİ

Bir çox ölkə vətəndaşları kimi azərbaycanlılar arasında da rəsmi ya da qeyri-rəsmi formada xaricə gedib orada yaşayanlar olur. Heç də xaricə üz tutan insanların hamısının şansı gətirmir.

Bəzi hallarda üz tutub getdikləri ölkələrin sərt qaydaları ilə qarşılaşırlar və bu zaman bir tək yol qalır: o da geri qayıtmaq. Bu ger iqayıtma prosesi  isə readmissiya üzrə həyata keçirilir.

Xüsusən azərbaycanlıların ən çox readmissiya edildiyi ölkə Almaniyadır.

Son zamanlar Almaniyadan azərbaycanlıların deportasiyası haqqında məlumatlar yayılır.

O zaman maraqlıdır. Son 9 ay ərzində nə qədər azərbaycanlı Almaniyadan readmissiya olunub?

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Füzuli İsmayılov Modern.az-a bildirib ki, Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının vətəndaşları aşağıda göstərilən aylar üzrə readmissiya edilib.

Yanvar ayı 29 nəfər

Fevral ayı 38 nəfər

Mart ayı 33 nəfər

Aprel ayı 30 nəfər

May ayı 21 nəfər

İyun ayı 38 nəfər

İyul ayı 48 nəfər

Avqust ayı 24 nəfər

Sentyabr ayı 19 nəfər

Ümumilikdə isə bu il Almaniyadan readmissiya olunan azərbaycanlıların sayı 280 nəfərdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Almaniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com