Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
11:45
Azərbaycanda orta ömür həddi açıqlandı

Yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi olduğu halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb. Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricini bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatında deyib. 

Onun sözlərinə görə, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir:

“Əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır. Bu çağırışlardan ən əsası məşğulluq məsələsidir. Hər il əmək bazarına 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir.

Bioloji normaya görə, yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi düşdüyü halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb. Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricini bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik”.

Nazir bildirib ki, Azərbaycanda əhalinin tərkibinə baxdıqda, hər 1000 kişiyə 1004 qadın düşür:

“Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək.

Azərbaycanda ömür uzunluğu uzanır. Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür həddi 78 yaşdan, kişilər üçün 73 yaşdan çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömür uzunluğu da artır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ömür həddi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 14:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com