Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
16:04
Fransa parlamentinin deputatları Azərbaycana gələcəklər

Fransa parlamentinin deputatları gələn həftə Azərbaycana gələcəklər. Nümayəndə heyətinə Andre Vilye, Bertran Sor, Jan-Lük Reitzer və digər deputatlar daxildir. 

Onlar Bakıda keçiriləcək VI Humanitar Forumda iştirak edəcəklər.

Fransa parlamentində Fransa-Azərbaycan Dostluq qrupunun üzvü Andre Vilye “Report“a bildirib ki, fransalı deputatların Azərbaycana bu səfəri iki ölkə arasında yüksək səviyyədə inkişaf edən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradacaq.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar forumu oktyabrın 25-26-da baş tutacaq.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fransa parlamenti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com