Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
14:40
Jurnalistin itdiyi gün Səud konsulluğunda olan leytenant qəzada ölüb

Muhəmməd Bin Salmana müxalif jurnalist Camal Kaşıqçının itkin düşdüyü gün İstanbulda Səudiyyə konsulluğunda olan Məşal Səəd əl-Bostani Ər-Riyadda qəzaya düşüb. FaktXeber.om-un verdiyi məlumata görə, bu barədə Yeni Şafak məlumat verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanın HHQ-nin  leytenantı olan Bostani  müəmmalı hadisə günü dipolmatik missiyaya gələn 15 nəfərdən biri olub.

O, Kaşıkçının ehtimal olunan qətlində şübhəlilərdən biri idi.

Nəşr qəzanın heç bir təfərrüatını irəli sürməsə də, hadisəni şübhəli adlandırıb.

Xatırladaq ki, adı çəkilən nəşr bundan əvvəl Kaşıkçının Səudiyyə konsulunun gözü qarşısında işgəncə ilə əvvəlcə barmaqlarının, sonra isə başının kəsdiyi barədə iddia irəli sürmüşdü. Bildirilirli ki, buna əsas dəlil konsulluqdan olan səs yazılarıdır.

Türkiyə KİV-i yazırdı ki, diplomatik missiyaya girməzdən öncə jurnalist öz nişanlısını iPhone-nu verib və Apple Watch-u qeydiyyat rejiminə keçirir. Smartfon onun qolundakı saatla sinxrozasiya olunurdu. 

Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə sənədlərini götürmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girən və ordan yoxa çıxan jurnalist Camal Kaşıkçının qətli ilə bağlı animasiya hazırlanıb.

Xatırladaq ki, Səudiyyə rejiminə və xüsusən vəliəhd şahzadə Mühəmməd bin Salmana müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Kaşıkçı “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Türkiyə mediası "Washington Post" yazarı, səudiyyə ərəbistanlı Camal Kaşıkçını (Kaşukî) oğurlamaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanından olan kəşfiyyat qrupunun "Atatürk" hava limanındakı görüntülərinin üzə çıxdığı barədə yazmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com