Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
12:49
Köçəryan Avropa Məhkəməsinə müraciət hazırlayır

Ermənistanın sabiq prezidenti Robert Köçəryan İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcək. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, sənədləri onun vəkilləri hazırlayır.

Müraciətə səbəb Ermənistan rəhbərliyinin onu Konstitusion quruluşun dəyişdirilməsində ittiham etməsidir.

«Lazım olsa, mütləq ora müraciət edəcəyəm. Məsələ burasındadır ki, bunun üçün bütün ölkə daxili prosedurlar keçilməlidir», - deyə o, bildirib.

Köçəryan xatırladıb ki, məhkəmələrə təzyiqlərə görə ölkədaxili prosedurlara qədər də qərarlar verilən hallar olub.

«Mənim məsələmdə də belə təzyiq var və hazırda  vəkillər bu müraciəti hazırlayırlar», - deyə siyasətçi bildirib.

Xatırladaq ki, avqust ayının ortalarında Ermənistanın Apelyasiya məhkəməsi həbsdə olan sabiq Ermənistan prezidenti Robert Köçəryanın vəkillərinin verdiyi vəsatəti təmin edərək, onun sabiq prezident kimi toxunulmazlıq statusunun olmasını əsas gətirərək, məhkəmə zalından azadlığa buraxmışdı.

Xatırladaq ki, 1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Köçəryan 1 mart 2008-ci ildə dinc aksiyanın dağıdılmasında, konstitusion quruluşun dəyişdirilməsində ittiham olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : köçəryan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com