Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
11:45
Azərbaycanın yeni milli turizm brendi təqdim olunub

Bu gün Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən ilk Milli Turizm Sammitində Azərbaycanın yeni milli turizm brendi təqdim olunub.

Azərbaycan Turizm Bürosunun Brend və marketinq üzrə direktoru Fidan Əliyeva bildirib ki, yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüardır.

Azərbaycanın yeni turizm loqosu olan “A” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək.

Azərbaycanın yeni turizm brendinin “Yenidən fərqli baxışla bax” (“Take another look” – ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.

F.Əliyeva əlavə edib ki, yeni brend dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir.

Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibəri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.

Məqalədə : turizm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
340

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 21:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru