Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
11:16
`Vorskla` klubu erməni futbolçusunu `Qarabağ`la oyuna gətirməyəcək - RƏSMİ

Ukraynanın "Vorskla" klubunun futbolçusu Geqam Kadimyan "Qarabağ"la Avropa Liqasının IV tur matçı üçün Bakıya gəlməyəcək.

Bu barədə "Report"a Poltava təmsilçisinin mətbuat attaşesi Andrey İvanov məlumat verib. Onun sözlərinə görə, səbəb 26 yaşlı hücumçunun zədəli olmasıdır. Klub rəsmisi eyni səbəbindən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.

İvanov Kadimyanın "Qarabağ"la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: "Futbol siyasətlə bu cür kəsişməməlidir. Şəxsən mən bütün millətlərə hörmətlə yanaşıram. Hətta Rusiyanın Ukraynaya məlum münasibətinə baxmayaraq, "Qarabağ"ın heyətində rus futbolçular olsaydı, onların bizimlə oyunda iştiraklarına maneçilik törətməzdik. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçu zədəlidir, beli sərpib".

Qeyd edək ki, "Qarabağ" və "Vorksla" komandaları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, noyabrın 8-də isə Poltavadakı Aleksey Butovski adına stadionda üz-üzə gələcəklər. Daha öncə İngiltərə "Arsenal"ı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyib.   

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 15:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com