Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
09:49
Arı daşıyan maşınlara xüsusi nişan verilsin - Təklif

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanda yerli damazlıq arı sortlarının artırılması üçün “Arıçılıq haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib. O bildirib ki, nazir İnam Kərimovla görüşən Azərbaycan Arıçılar Assosiasiyanın üzvləri arıçılığın inkişafına dəstək verən 10-dan çox təklif səsləndiriblər. Arıçılar arıçılıq üçün lazım olan yeşiklərin, pətəklərin, taraların Azərbaycanda istehsalının təşkilini, arılar üçün dərmanların gətirilməsi, arıçılıq üçün xüsusi laboratoriyanın qurulması, arı xəstəliklərinə qarşı mübarizə işinin təşkili, arıçılar üçün təlimlərin keçirilməsi kimi məsələri təklif ediblər.

Arıçıların təklif etdiyi əsas məsələlərdən biri də arı yeşiklərinin gəzdirilməsi zamanı nəqliyyat vasitələri üçün xüsusi şəraitin yaradılmasını, belə maşınlara xüsusi yol nişanlarının verilməsi, onların təhlükəsizliyinin təmini olub: "Arıçıların arı yeşiklərini daşıması üçün maşının konstruksiyasında müəyyən qədər dəyişikliklərin edilməsinə ehtiyac yaranır. Bu halda da həmin maşınlara xüsusi nişanların verilməsi məsələsi gündəmə gəlir”.(Trend)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : arı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com