Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

17 Oktyabr

2018
22:27
12352
Konsulluqda doğranan jurnalistin `cəsəd parçalarının` FOTOLARI yayıldı (18+)

İstanbulda Səudiyyə konsulluğunda yoxa çıxan səudiyyəli müxalif jurnalist Camal Kaşıqçının cinayəti ilə başlı sosial şəbəkələrdə yeni fotolar ortaya çıxıb. FaktXeber.com-un Virtualaz-a istinadla məlumatına görə, paylaşılan kadrlarda  Camal Kaşıkçıya aid olduğu iddia edilən görüntülər yayılıb.

Doğranmış cəsəd parçalarının həqiqətən jurnalistin cəsədinə aid olduğu hələlik digər mənbələrdən təsdiqlənməyib.

XƏBƏRDARLIQ: Həssas və ürəyi zəif olanlar BAXMASIN!!!

Türkiyə KİV-i Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun qəddarcasına həyata keçirilən qətlin şahidi  olduğunu yazmışdı. Məlumata görə, ABŞ-ın The Washington Post qəzetinin əməkdaşı olan Kaşıqçını öldürməzdən əvvəl işgəncəyə məruz qalıb, barmaqları doğranıb, qətldən sonra isə onun başı bədənindən ayrılıb.

Türkiyənin «Yeni Şafak» gündəlik qəzeti bildirib ki, diplomatik missiyanın  divarları arasında qeydə alınan audioyazını əldə edə bilib. Orda istintaqda iştirak edən Səudiyyənin baş konsulu Muhəmməd Utaybinin səsi aydın eşidilir. Qeyddə diplomat «bunu» başqa yerdə etməsi ilə bağlı xahişi də eşidilir. Lakin digər səs, etiraz edəcəyi təqdirdə Utaybın özü ilə bağlı təhdid edir.

Bundan əvvəl Türkiyə polisi Səudiyyə Ərəbistanı konsulluğunda Kaşıkçının ölümü ilə bağlı dəlillər əldə etdiyini yazmışdı. Lakin təfərrüat verilməmişdi. Bundan başqa məlum olub ki, Səudiyyənin baş Konsulu təcili surətdə Türkiyədən vətəninə qayıdıb.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə sənədlərini götürmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girən və ordan yoxa çıxan jurnalist Camal Kaşıkçının qətli ilə bağlı animasiya hazırlanıb.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
919

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1035

Sabaha olan hava proqnozu açıqlanıb

25

Aprel
13:50
ÖLKƏ
93
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 17:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru