Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
21:40
Tbilisidə sərgidə “Qarabağda itirilmişlər” kompozisiyası təqdim olunub

Tbilisinin “Erti” qalereyasında “Sabah dünən olacaq” (“Tomorrow will be yesterday”) adlı sərgi açılıb. Sərgidə Gürcüstan, Azərbaycan, Ermənistan, Rusiya və Dağıstandan olan rəssam və fotoqrafların əsərləri təqdim olunub.

Fərqli və maraqlı ekspozisiyanın mövzusu tarix, regionda mövcud geosiyasi vəziyyət və münaqişələrə həsr olunub. Sərgidə azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın müəllifi olduğu fotoşəkillərdən ibarət “Qarabağda itirilmişlər” (“Lost in Karabakh”) adlı kompozisiya təqdim olunub.

Səkkiz fotoşəkilin yer aldığı kompozisiya Qarabağ münaqişəsinə cəlb olunmuş insanların maddi dünyasını əks etdirir.

Fotoşəkillərdə münaqişə zamanı itkin düşmüş insanların şəxsi əşyaları mavi fonda əlavə estetizasiyasız nümayiş etdirilir. Kompozisiyanın əsas mənası ondan ibarətdir ki, fotoşəkillərdə əks olunan əşyalar sahiblərinə daha heç vaxt xidmət etməyəcək.

Təqdim olunmuş kompozisiyalardan ən çox diqqət çəkəni dağıstanlı rəssam Taus Maxaçevanın “Peyzaj” adlı layihəsidir. Kompozisiya taxtadan təbii ölçüdə hazırlanmış və Qafqazda yaşayan müxtəlif xalqlara aid 40 insan burnundan ibarətdir. Rəssam layihəsi ilə Qafqaz xalqları arasında dərin tarixi əlaqələrin olduğunu göstərir.

Sərgi dekabrın 5-nə qədər davam edəcək./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4453

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3538

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5266

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6491

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5016
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 14:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru